Londonun Magistrat məhkəməsində 20 yaşlı İŞİD üzvü Naaimur Zəkəriyyə Rəhmanın üzərində məhkəmə prosesi başlanıb.
“The Independent” qəzeti xəbər verir ki, istintaqın gedişatında Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sui-qəsd cəhdinin təfərrüatları məlum olub.
Nəşrin yazdığına görə, İŞİD üzvü baş nazirin iqamətgahı qarşısında daha öncədən hazırladığı partlayıcı qurğunu işə salaraq polisləri zərərsizləşdirməyi və binaya daxil olaraq Meyin başını qoparmağı planlaşdırırmış.
Qeyd edək ki, Rəhman ötən ilin noyabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Britaniyanın Mİ 5 Əks-kəşfiyyat Xidməti sui-qəsd cəhdinin qarşısını almağı bacarıb.
Prokuror Mark Heyvud bildirib ki, terrorçu hücumun planlaşdırıldığı günə cəmi bir neçə gün qalmış saxlanılıb. Ona terror fəaliyyətiylə bağlı iki ittiham irəli sürülüb.