ABŞ Suriyanın şimalında Menbiç şəhərində daha bir hərbi baza qurub.
Yeni yaradılan baza ilə Menbiçdəki hərbi bazaların sayı 3-ə çatıb.
Menbiç Hərbi Məclisinin rəsmiləri ABŞ-ın Menbiç şəhərində hərbi mövcudluğunu artırdığı və regionda yeni hərbi bazalar qurduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın bununla Suriyadakı hərbi bazalarının sayı 25-ə çatıb.