Ermənistanın Baş naziri Nikol Paşinyan 11-12 iyulda NATO-nun Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.
Bu barədə “Jamanak” qəzeti yazıb.
“Ermənistanın Baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan KTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və respublikanın təhlükəsizliyini təmin edən məsələlərdə etibarlı müttəfiq hesab edir”, - nəşrə danışan hakimiyyətə yaxın mənbə bildirib.