Üzərində bomba tapıldığı iddia edilən sərnişinin saxlanılması ilə həyəcan sona çatıb.
İngilis polisinin verdiyi açıqlamada "Üzərində bomba olduğu deyilən şəxs saxlanılıb. Stansiyanın ən qısa zamanda açılmasına çalışırıq. Metrostansiya işçilərinə və sərnişinlərinə hadisə zamanı göstərdikləri səbrə görə təşəkkür edirik" deyilib.
---------
London metrosu bomba həyəcanına görə təxliyə edilib.
Xarici KİV xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yerləşən "Charing Cross" metro stansiyası üzərində bomba olduğu iddia edilən bir sərnişinə görə təxliyə edilib.
Videonu izləmək üçün şəklə klikləyin: