Rəsmi Tehran qarşıdakı günlərdə Qərblə imzalanan nüvə sazişini tərk edə biləcəyini açıqlayıb.
Bu barədə İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi danışıb.
“Nüvə sazişi hazırda “reanimasiya”dadır. Avropa Birliyinə üzv ölkələrlə bir saziş əldə olunmayacağı halda Tehran sazişi tərk edə bilər”, - nazir müavini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla bağlanan nüvə sazişini tərk etdiyini açıqlamışdı.