Rusiyanın Novosibirsk şəhərindən Türkiyənin Antalya bölgəsinə uçan təyyarə mühərrikində yaranan problemlə əlaqədar Qazaxıstan ərazisində təcili qəza enişi edib.
Bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi informasiya yayıb.
Məlumata görə, göyərtəsində 6 heyət üzvü və 190 sərnişin olan Türkiyənin “Peqasus”aviaşirkətinə məxsus təyyarə mühərrikin çalışmaması səbəbindən Atırau şəhərinə təcili eniş etməyə məcbur olub.