Türkiyədə son onilliklərin ən kritik seçkisi Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəkmi...

Dünya 11:39 24.06.2018

Türkiyənin Yüksək Seçim Kurulunun rəhbəri Sadi Güvən vətəndaşları səsvermə günü “sükunətə dəvət etdiyini” deyib. YSK rəhbəri seçkilərin keçirilməsi üçün bütün hazırlıqların görüldüyünü, seçki məntəqələrində elektrikin kəsilməsi hallarına qarşı hazırlıqlı olduqlarını bildirib.

Sadi Güvən bildirib ki, prezident və parlament seçkilərinin nəticələrini yerli vaxtla saat 24.00-dən tez elan etməyə çalışacaqlar.

“Seçkilərlə bağlı hər cür hazırlıqları tamamladıq. Xalqıma sükunət tövsiyə edirəm. Seçki qutularının yanında siyasi partiyaların müşahidəçilərinin olması lazımdır. Onların tərtib etdikləri protokolları eyni zamanda bizə daxil olan kimi dərhal siyasi partiyalara göndəririk, eləcə də nəticələri. YSK-nin işi təkcə səsləri saymaq deyil. Seçki komissiyalarında siyasi partiyaların təmsilçiləri çoxluq təşkil edir. Biz onların saydığı səsləri toplayırıq, bu işi kompüterlər edir və nəticələri vətəndaşlarımıza açıqlayırıq”-Sadi Güven bildirib.

Siyasi analitiklərə görə bu, Türkiyədə son onilliklərdə keçirilən ən kritik seçkidir. Seçkilər milli valyutanın dollarla müqayisədə kəskin dəyərdən düşməsi, iqtisadi göstəricilərin pisləşməsi, ölkədən kapital axınının sürətlənməsi və yüksək inflyasiya şəraitində keçirilir. Bütün bunlar da prezident Rəcəb Tayyib Ərdoğanın populyarlığını azaldıb. Belə görünür ki, Türkiyə ordusunun seçkilər ərəfəsində Suriyanın şimalında kürd birləşmələrinə qarşı əməliyyatları da hakim partiyanın səslərinə ciddi təsir etməyəcək. Çünki iqtisadi vəziyyətin pisləşməsi xarici hərbi uğurlar hesabına xalqdan lazım olan səsləri almağa imkan verməyə bilər.

Digər tərəfdən Ərdoğan ilk dəfədir onu daban-dabana izləyən rəqiblərlə yarışır. CHP-nin prezidentliyə namizədi, keçmiş fizika müəllimi Muharrəm İncə izdihamlı seçki mitinqləri keçirib və rəy sorğularına görə səslərin yarıdan çoxunu toplamasa belə birinci turda Ərdoğanın qalib gəlməsinin yolunu kəsə bilər. Habelə “İYİ parti”nin namizədi Meral Akşener Ərdoğanın elektoratının bir qismini öz tərəfinə çəkə bilib.

Parlamentdə isə AKP-nin artıq təkpartiyalı hökumət formalaşdırmağa bəs edəcək qədər mandat qazanmasına böyük şübhə var. Müxalifət partiyaları ilk dəfə hakim partiyaya qarşı koalisiyada birləşib və rəy sorğuları AKP-nin parlamentdə üstünüyü əldən verə biləcəyini göstərir.

*   *   *

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Virtualaz.org-un məlumatına görə, prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparırlar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyası mübarizə aparırlar. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb. BBP namizədləri “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıblar. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıblar.

Türkiyədəki 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Bundan əvvəl xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.

Səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisinə, eləcə də 500 yaxın beynəlxalq müşahidəçiyə icazə verilib.

Artıq səcvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da start götürən səsvermə saat 17.00-da başa çatacaq.

Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticəsinin günün sonunadək açıqlanması nəzərdə tutulub. (virtualaz.org)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Hamısı