İran parlamentinin nümayəndələri ölkə başçısı Həsən Ruhaniyə iqtisadi problemlərlə əlaqədar üç nazirin vəzifədən göndərilməsi tələbi ilə məktub ünvanlayıb.
Bu barədə “Tasnim” yazıb.
İran parlamentinin üzvü Hüseyn Maqsudun sözlərinə görə, artıq belə məktub prezidentə ikinci dəfə göndərilib. Məktubu 50 deputat imzalayıb.
Parlamentarilər Kooperasiya, Əmək və Sosial Təminat naziri, Kənd Təsərrüfatı naziri və İqtisadiyyat nazirlərinin istefasını tələb ediblər.