Türkiyənin Manisa şəhərinin Dəmirçi mahalının Bozköy kəndində səsvermə prosesi 32 dəqiqə ərzində yekunlaşıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, 48 nəfərin yaşadığı kənddə səsvermə hüququ olan 35 nəfərdən 29-u bu hüququndan istifadə edib. Qalan 6 seçicinin isə səhhəti ilə əlaqədar şəhərdən kənarda olduğu qeyd olunub.