Türkiyədə özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.
Həbs edilənlərdən 3-ü alman, 3-ü fransız və 4-ü italiyalı olub. Onlar 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatları olmadan özlərini müşahidəçi kimi təqdim edən zaman saxlanılıblar.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən şəxslərdən fransızlar Ağrı ərazisindəki məntəqələrdə, alman müşahidəçilər Şırnak, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batman ərazilərində saxlanılıb.
Seçkiyə müdaxilədə itiham edilən şəxslər haqqında Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başladılıb. Şəxslərin seçkilərlə bağlı hansı təxribatları törətmək istədikləri araşdırılır.