Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində silahlı insident baş verib.
Ailə münaqişəsi zəminində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hınıs Respublika Baş Prokurorluğundan edilən yazılı açıqlamada bildirilir ki, "saat 15.00 radələrində Karaçoban rayonunun Kopal məhəlləsində yerləşən Kopal orta məktəbində səsvermə zamanı baş verən silahlı insidentin ictimaiyyətin yanlış məlumatlandırılmasının qarşısını almaq məqsədilə izah edilməsinə ehtiyac var".
Açıqlamada, hadisənin 5 il əvvəl Qarayazı rayonunda "Y" ailəsindən bir qadın ilə "D" ailəsindən bir kişinin öldürülməsi ilə başlayan qan davası üzündən meydana gəldiyi ifadə edilib.
İlkin məlumata görə, atışmanın seçki ilə heç bir əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. (report)