Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncənin səs verdiyi sandıqda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan üstün olub.
Sözügedən sandıqdan çıxan bülletenlərin sayılmasından sonra Ərdoğana 167, İncəyə 144 səs verildiyi məlum olub.
Digər namizədlər Maral Akşənər 23, Səlahəddin Dəmirdaş 4, Doğu Perinçək isə 1 səs qazanıb.