AKP millət vəkili Mahir Ünal ilk seçki açıqlamasını verib.
AKP-nin qərargahında təşkil edilən mətbuat konfransında seçki son dövlərin ən güvənli seçkisinin yaşandığı bildirilib.
“Türkiyə dünyada seçim güvənliyi və seçim ənənəsi olan, nəticələri ən tez elan edilən demokratik ölkələrdən biridir. Bu gün CHP sözçüsü də açıqladı və qeyd etdi ki, hər sandıq başında bütün siyasi partiyaların təmsilçiləri var. Bütün siyasi partiyalar nəticələri bərabər izləyirlər. Türkiyə hüquq dövlətidir və seçkini şübhə altına almaq bizim birliyimizə zərbədir.
Yalnız öz səsimiz deyil, digər partiyaların səsinin qorunması da bizim üçün namus məsələsidir”.
M.Ünal deyib ki, bundan sonra da xalqın səsinin, iradəsinin qorunması bizim üçün əsas prinsipdir.