Bu gün məşhur jurnalist Maksim Şevçenko Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasını tərk edib.
Bir sıra KİV-lər, xüsusən də erməni mətbuatı və Azərbaycandakı müxalif media bunu, işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər zamanı jurnalistin səsləndirdiyi Azərbaycanyönümlü bəyanatlarına görə Rusiya prezidenti tərəfindən cəzalandırılması kimi təqdim ediblər.
Maraqlıdır ki, bu məsələdə Azərbaycanın müxalifət KİV-i faktları aşkar saxtalaşdıran ermənilərlə eyni mövqedən çıxış edir.
Məsələ ondadır ki, Maksim Şevçenko Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasını könüllü tərk edib, çünki onun siyasəti ilə razı deyildi. Və bu təşkilatdan çıxması haqda ərizəni də hələ iki ay əvvəldən verib.
Jurnalist Rusiya KİV-ində dəfələrlə Şuranın fəaliyyətini tənqid edib və onun sərbəstliyini təmin etməyə, vətəndaş cəmiyyəti və demokratik institutlarla qarşılıqlı əlaqədə rolunu aktivləşdirməyə çağırıb. Maksim Şevçenko həmçinin Şuranın işindəki çatışmazlıqları aradan qaldırmaqla bağlı bir sıra proqramlar təklif edib. Ancaq M.Şevçenkonun təkliflərinə reaksiya verilməyib və o hələ iki ay əvvəl Şuradan getməsi ilə bağlı ərizə yazıb.
Erməni KİV-i ilə bağlı hər şey aydındır, Şevçenko Bakıya gəldi, Azərbaycanın mövqeyini dəstəklədi və Qarabağı geri qaytarmaqla bağlı çağırış etdi. Amma məşhur rusiyalının Azərbaycanın xeyrinə olan bu bəyanatının yerli müxalifətçilərə niyə belə toxunması məlum deyil. Hətta o qədər ki, onlar Rusiya cəmiyyətində bu yaxınlardakı məlum müzakirələrə belə diqqət yetirməyə vaxt tapmayıblar. Rusiya KİV-inin açıq-aşkar yalan məlumatlarından yapışaraq onları tirajlamağa başlayıblar.
Halbuki bu gün istənilən şəxs internetdə Maksim Şevçenkonun Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının ünvanına səsləndirdiyi kəskin tənqid və Şuranı tərk etməyə hazır olması ilə bağlı bəyanatlarını tapa bilər.