İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcək ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Suriya ilə bağlı razılaşacağına dair detalları mediaya sızıb.
Anlaşmaya görə, Tramp Suriyanın şimalşərqindəki 2 min 200 Amerika əsgərini geri çəkəcək. Putin isə Suriyanın İordaniya və İsrail sərhədlərindəki İranın varlığını məhdudlaşdıracaq. Bununla yanaşı, Pentaqonun dəstək verdiyi YPG/PKK qüvvələri Əsəd rejiminin nəzarətinə veriləcək.
İsrail və ABŞ-ın dəstəyi ilə Şam hərbi dəstək verməyə son qoyacağı deyilən İranın dini lideri Ayətullah Xamaneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti isə "Biz Suriyadan çıxsaq, bizim arxamızca Rusiya gedər və terrorçular yenidən bura qayıdar” deyə açıqlama verib.
Moskvada "Valday” klubunda danışan Vilayəti "İraq, yaxud Suriya hökumətlərinin istəyəcəyi təqdirdə dərhal çıxarıq. Lakin İsrailin təzyiqini qəbul edəm bilmərik” deyə bilirib.