Kremlin “qara qitə”dəki qara niyyətləri Silah, uran və neft...

Dünya 14:27 15.07.2018

Rusiya keçmiş SSRİ dövründə olduğu kimi, Afrikada yenidən söz sahibi olmaq niyyətini hər il yeni addımlarla gerçəkləşdirməkdədir.

Bununla bağlı Qərb mətbuatında həyəcan dolu yazıların ardı-arası kəsilmir.

Almaniyanın Kreml haqqında tənqidi yazıları ilə seçilən “Handelsblatt”  qəzetinin yazarı Mattias Brüqman Kremlin “qara qitə”dəki qara niyyətləri və hədəfləri ilə bağlı yeni faktları göstərən yazı qələmə alıb.

Müəllifin yazdığına görə, bu il mart ayının sonunda Mərkəzi Afrika Respublikasında keçirilən hərbi paradda Rusiyanın ən yeni “Ural” tankları nümayiş etdirilib.

Özü də hazırda nə beynəlxalq sanksiyalar altında olan Mərkəzi Afrika Respublkasının (MAR) prezidenti Fosten-Arşanj Tuaderin, nə də Rusiyanın həmin  T-72 tanklarını alıb-satmağa beynəlxalq icazəsi yoxdur.

Prezident Tuaderə hətta silahlı cangüdənlər gəzdirmək belə, qadağan olunub. Onu Rusiya və Ruanda hərbçiləri qoruyur. Rusiya burada Moskvadan gətirilən təlimçilərin köməyi ilə xüsusi hərbi hissə yaradıb.

Bundan başqa Moskva BMT-dən bu ölkəyə yüngül silahların, avtomat, minaatanların ixracı üçün lisenziya almağa müvəffəq olub.

Məqalədə yazıldığı kimi, Rusiyanın silah ixracatının 13%-i Afrika qitəsi ölkələrinə aiddir. Silah bazarından əlavə Moskva burada neft, qaz və zəngin uran yataqları ilə ciddi surətdə maraqlanır. Afrika Rusiyanın geridə qalmış sənayesi üçün hələ də ciddi bazar sayılır. Ona görə ki, Rusiyanın əlindəki maşın və avadanlıqları Avropaya satmaq imkanı demək olar ki, yoxdur.

Rusiya Afrika ölkələrinə ilk öncə Kremlin nəzarətində olan “VTB”, “Promsvyazbank”, “Qazprombank” kimi maliyyə quruluşları ilə girib. “Roseksimbank” Afrikada qaz kəmərlərini, habelə digər infrastruktur layihələrini dəstəkləyir.

Afrikada Rusiyanın “Rosatom” konserni olduqca aktivdir. Bu şirkətin təkcə Uqandada çıxardığı uran Rusiyadakından da çox ola bilər. Bundan başqa Rusiya burada atot elektrik stansiyası inşa etməyi hədəfləyir.

Afrika qızılının “qayğısına” isə Moskvada “Putinin aşpazı” kimi tanınan, oliqarx Yevgeni Priqojin qalır. Onun “M İnvest” şirkəti Sudan və MAR-da qızılın çıxarılması üzrə lisenziya əldə edib. Özü də bu layihələrin hamısının təhlüəsizliyi Ukrayna, Liviya və Suriyada “acı şöhrət” qazanmış “Vaqner” qrupu adlı özəl sayılan, amma əslində Kremlin nəzarətində olan hərbi qruplaşma tərəfindən təmin edilir.

Afrikanın bir çox bölgələrində isə Rusiyanın nizami ordusu da var. Rusiya Konqodan tutmuş, Cənubi Sudan və ya Darfura qədər BMT-nin “mavi dəbilqəli”lərinin əməliyyatında iştirak edir.

Cənubi Afrika Respublikasının “Signal Rask” konsaltinq şirkətinin direktoru Ronak Qopaldasın sözlərinə əsasən, Rusiyanın Afrikadakı iştirakı enerji diplomatiyası ilə hərbi iştirakın kombinasiyası əsasında qurulmuş, sərt güc siyasətindən başqa bir şey deyil.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Hamısı