Rusiya və ABŞ prezidentlərinin mətbuat konfransının keçirildiyi Helsinkidə Prezident Sarayında gərgin anlar yaşanıb.
Xüsusi xidmət orqanlarının əməkdaşları jurnalistlərdən birini zaldan qovublar.
Buna səbəb jurnalistin öz sualının mövzusu bağlı plakatı qaldırmağa çalışması olub. Plakatda “Nuclear weapon ban threaty” (nüvə silahının qadağası haqqında müqavilə) yazılmışdı. Nəticədə onu plakatla birlikdə zaldan qovdular.