Türkiyəli yazar Fatih Tezcanın sosial şəbəkədə paylaşdığı videoda Mustafa Kamal Atatürk barədə səsləndirdiyi ifadələr Türkiyə ictimaiyyətində kəskin narazılıqla qarşılanıb.
Yazarın videoda səsləndirdiyi “Kamalçı terror qruplaşması” ifadəsinə cavab olaraq sosial şəbəkə istifadəçiləri #FatihTezcanTutuklansın həştəqi yaradıblar.
Həştəq Türkiyə gündəmində birinci yerə qədər yüksəlib. Bu başlıq altında təkcə Tvitterdə 16 mindən çox tvit atılıb.