Dünya kubokunu Fransa millisi qazandı, amma Afrika komandasına daha çox bənzəyirdi.
Bu sözləri Venesuela lideri Nikolas Maduro deyib.
“Əslində Afrika qazandı. Onlar Fransaya çatmağı bacaran miqrantların övladlarıdır”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, DÇ-2018 kubokunu finalda Xorvatiya millisinə qalib gələn Fransa qazanıb. Fransa millisinin 23 üzvündən 15-i Afrika əsillidir.