Türkiyədə iki illik FV rejimi ləğv olundu

Dünya 09:52 18.07.2018

15 iyul qiyamından sonra tətbiq olunan fövqəladə vəziyyət ölkədə nələri dəyişdi?

Türkiyədə Fövqəladə Vəziyyət (FV, türkcədə OHAL - K.R.) rejimi bu gündən - iyulun 18-dən ləğv olunur. Bu barədə mediaya AKP fraksiyasının sədri Bülənt Turan məlumat verib. Eyni zamanda hakim partiya FV rejimində tətbiq olunacaq qaydalarla bağlı qanun layihəsini parlamentə təqdim edib.

28 maddədən ibarət qanun layihəsinə əsasən şübhəli şəxsin rəsmi ittiham elan olunana qədər saxlanma müddəti 48 saatı, qrup cinayətlərində isə 4 günü keçə bilməyəcək. Həbs müddəti isə dəlillərin toplanmasında yaranan çətinlik və cinayət işinin böyük olması səbəbi ilə ən çoxu iki il uzadıla biləcək. Bundan başqa, yeni qanuna əsasən Milli Kəşfiyyat Təşkilatının (MİT) adı keçən məhkəmə proseslərində məhkəmə prosesinin şərti olaraq təklif olunan vasitəçilik üsulu tətbiq olunmayacaq.

Yeni qanuna görə, açıq havada keçirilən toplantılar, yürüşlər gecə vaxtı olduqda dağılmalıdır. Qapalı yerlərdə keçirilən toplantılar isə saat 24.00-dək keçirilə biləcək. Açıq hava yürüşləri ictimai asayişin pozulmaması şərti ilə saat 24.00-dək davam edə bilər.

Yeni sənəd layihəsi həmçinin terrorla mübarizə üsullarında da dəyişiklik nəzərdə tutur. Belə ki, ayrılıqda vilayətlər ərazisində fövqəladə vəziyyət rejimi elan etmək mümkün olacaq. Layihədə qeyd olunur ki, ictimai asayişin və təhlükəsizliyin həyatın axarını dayandıracaq və ya məhdudlaşdıracaq şəkildə pozulması və ya pozulacağına dair ciddi şübhələrin olacağı hallarda vilayət valiləri 15 gündən artıq olmamaq şərtilə vilayət ərazisində bəlli yerlərə şübhəli şəxslərin giriş və çıxışını məhdudlaşdıra biləcək. Eyni zamanda valilər ayrı-ayrı yerlərdə toplanma, gəzinti və avtomobillərin saxlanmasını məhdudlaşdıra bilərlər. Eyni qaydada silah və patronlar üçün də bu məhdudiyyətlər tətbiq oluna biləcək.

Bundan əlavə, təhlükə və cinayət riski olacağı təqdirdə məhkəmə hakiminin qərarı və ya qərarın gecikəcəyi təqdirdə hərbi hissə komandirinin əmri ilə müəyyən xüsusi ərazilərə giriş və çıxışlar zamanı insanların yoxlanması, axtarış aparılması mümkün olacaq. Ancaq axtarış aparma tələbi zamanı bunun səbəbi aydın şəkildə göstərilməli, eyni zamanda harada, nə zaman və miqyası qeyd olunmalıdır.

Türkiyədə fövqəladə ile ilgili görsel sonucu

Qeyd edək ki, Türkiyədə iki ildir davam edən fövqəladə vəziyyət rejimi uzadılmayacağı təqdirdə də 19 iyulda avtomatik olaraq sona çatacaq. Türkiyədə FV rejimi uğursuz hərbi qiyam cəhdindən sonra tətbiq olunmağa başlayıb. 2016-cı il iyulun 20-də Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı və ardınca Nazirlər Kabinetinin iclası keçirilib. Burada bəlli olub ki, hökumət ölkə ərazisində Fövqəladə Vəziyyət (OHAL) elan edib. Türkiyə Respublikası Konstitusiyasının 120-ci maddəsinə əsasən, zorakılıq hallarının yayılması və ictimai nizamın ciddi şəkildə pozulması halları zamanı dövlət fövqəladə vəziyyət elan edilə bilər. Müvafiq konstitusiya maddəsində qeyd olunur ki, konstitusiya ilə qurulan azad demokratik nizamın və ya əsas haqq və azadlıqları ortadan qaldırmağa yönəlmiş kütləvi zorakılıq hallarının artması halında ölkə prezidentinin rəhbərliyi ilə toplanmış Nazirlər Kabineti, Milli Təhlükəsizlik Qurumunun da dəstəyini aldıqdan sonra ölkənin bir və ya daha çox bölgəsində, yaxud da bütün ölkə ərazisində 6 ayı keçməmək şərti ilə fövqəladə vəziyyət elan edə bilər.

Ötən müddətdə hər 6 aydan bir hökumət FV rejimini 6 ay uzatmaqla bağlı qərar qəbul edib. Bu müddətdə məhz FV dövründə KHK-lərlə hökumət terror fəaliyyətini dəstəkləyən qurum və təşkilatları qapadıb, lisenziyalarını ləğv edib və onların fəaliyyətinə son verib. Çoxlu sayda məmur və dövlət qulluqçusu işdən azad edilib.

Ancaq 24 iyun növbədənkənar prezident və parlament seçkiləri zamanı AKP hökuməti FV rejimini ləğv edəcəyini açıqlayıb. Bir neçə gün əvvəl ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, qarşıdakı günlərdə FV rejimi ləğv olunacaq. Ancaq nazir bildirib ki, FV rejimi ləğv olunsa da, qiyamçılara, terrorçulara qarşı mübarizə davam edəcək, terrorun bütün təsirləri aradan qaldırılacaq.

Türkiyədə fövqəladə ile ilgili görsel sonucu

Qeyd edək ki, Türkiyədə 20 iyul 2016-cı ildən qüvvədə olan FV rejimi dövründə 31 Qanun Hökmündə Qərarnamə (KHK) qəbul olunub. Bu KHK-ların hər biri qüvvəsində qalacaq. İlk KHK 23 iyul 2016-cı ildə, Sonuncusu isə 12 yanvar 2018-ci ildə qəbul olunub. 31 KHK ilə Ali Hərbi Şuranın strukturu dəyişdirildi, hərbi akademiyalar, hərbi liseylər və gizir hazırlayan məktəblər bağlanıb. Qoşun komandanlıqları Müdafiə Nazirliyinə tabe edilib, Gülhanə Hərbi Tibb Akademiyası və hərbi hospitallar Səhiyyə Nazirliyinə tabe etdirilib, Milli Müdafiə Universiteti təsis olunub.

15 iyul şəhidlərinin ailələri üçün imtiyazlar müəyyən olunub, Milli Kəşfiyyat Təşkilatı prezidentə tabe etdirilib, FETÖ ilə bağlantısı olan xaricdəki məktəblərin diplomlarının tanınmaması, FETÖ üzvlərinin ailələrinə verilən dövlət pasportlarının ləğv olunması, FETÖ-yə məxsus olan və qəyyum təyin olunan şirkətlərin dövlətə verilməsi barədə qərar qəbul olunub. Daha bir səs-küylü KHK isə 15 iyul qiyamının yatırılmasında iştirak edənlərin bəzi vergilərdən azad edilməsi barədə olub. Ümumilikdə FV rejimi zamanı 120 min nəfərdən çox insan işini itirib, yüzlərlə şirkət bağlanıb və əmlakı dövlətə keçib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Hamısı