Sankt-Peterburqda Kurlyandski küçəsində yerləşən uşaq evindən 53 uşaq və 10 əməkdaş təxliyə edilib.
Təxliyə binada qısaqapanmadan sonra aparılıb.
Bildirilir ki, qısaqapanma yanğınla nəticələnməyib. Bununla belə zəngdən dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və təxliyə aparılıb.