Türkiyədə 2016-cı il 15 iyul tarixində dövlət çevrilişinə cəhdlə bağlı yeni səs qeydi yayılıb.
Səs qeydi qiyamın ilk anlarını əks etdirir.
Danışıq Quru Havaçılıq Komandirliyinin başçısı polkovnik-leytenant Mehmet Şahinlə 3-cü İzmir Aviasiya Alayının komandiri polkovnik Murat Dağlı arasında gedir. Şahin “sui-qəsd timi”nin daşıyan helikopterin pilotu Dağlıya “Komandirim, supersiniz! Ankarada fəaliyyət başladı. Hər şey planladığınız kimi gedir, qırıcılar indi havaya qalxdı” deyir.
Dağlı isə “Hadı maşallah, hadı maşallah” cavabını verir.(publika.az)