Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Bu haqda Ermənistanın “Qraparak” qəzeti yazıb.
Məlumata görə, Paşinyan 26-27 iyulda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumətlərarası şurasının Sankt-Peterburqda keçiriləcək iclasına qatılacaq.
“İclasda Ermənistanı Nikol Paşinyan təmsil edəcək. Əvvəlcə baş nazirin müavini Ara Mirzoyanın gedəcəyi nəzərdə tutulsa da, əldə etdiyimiz məlumata görə, Rusiya Paşinyanın gəlməsini tələb edib”, - deyə qəzet yazıb.