Rusiya Müdafiə Nazirliyi “Sarmat” yeni qitələrarası ballistik raketinin sınağını keçirib.
Sınağın görüntüsü nazirliyin Feysbuk sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Rusiya bu ildən etibarən “Sarmat” raketlərinin aktiv sınağına başlayıb. Sınaqlardan sonra onun Rusiyanın arsenalında olan “Satana” raketini əvəz edəcəyi bildirilib.
“Sarmat”ın 2020-ci ilə qədər Rusiyanın silahlanmasına qəbul ediləcəyi vurğulanıb.