Fəthullahçı Terror Təşkilatının (FETÖ) bir üzvünün telefonundan 15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni bir dəlil əldə edilib.
Türkiyə KİV-i xəbər verir ki, bu haqda ölkənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
Onun sözlərinə görə, bu dəlil FETÖ-nün çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün tezisləri gücləndirir.
“Bu axşam ABŞ-ın ədliyyə naziri ilə telefon söhbətin olacaq. Prosesi birlikdə izləyəcəyik”, - türkiyəli nazir vurğulayıb.
Qeyd edək ki, FETÖ lideri Fəthullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Ankara onun ekstradisiyasını tələb etsə də, Vaşinqton müxtəlif bəhanələrlə bu tələbi geri çevirir.