Avqustun 1-dən 15-dək Gürcüstanda bir sıra NATO üzvlərinin iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək. Təlimlərdə Ermənistan da iştirak edəcək.
Erməni KİV-i xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Mənbənin bildirdiyinə görə, bu il təxminən 3 min hərbçinin iştirakı ilə keçiriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edəcək.
Qeyd edək ki, ötən il Ermənistan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməkdən imtina etmişdi.
Qeyd edək ki, ötən il Ermənistan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməkdən imtina etmişdi.