Türkiyədə ilin sonuna lirənin məzənnəsi müəyyən edilib.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, ilin sonuna cari kəsir 53,5 milyard dollardan 54,8 milyard dollara yüksəlib.
Ölkə iqtisadiyyatının artım proqnozu 4,2 faiz olaraq saxlanılıb. 2018-ci ilin sonuna inflyasiya gözləntiləri 12,28 faizdən 13,88 faizə yüksəldilib.
Dolların məzənnəsi ilə bağlı proqnozuna dəyişiklik edən bank dollar/lirə nisbətini 4.58 lirədən 4.83 lirəyə yüksəldib.