Hindistanın Racastan ştatında bir neçə hindus inək qaçaqmalçılığında şübhəli bilinən müsəlmanı döyərək ölümcül vəziyyətə salıblar.
Bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Hücum edən şəxslərin 5 nəfər olduğu bildirilib.
Ölümcül vəziyyətə salınan müsəlman xəstəxanaya çatdırılan zaman yolda həlak olub.
Qeyd edək ki, Hinduizm dinində inək müqəddəs heyvan sayılır. 2014-cü ildə hazırkı Baş nazir Narendra Modinin rəhbərlik hind millətçilərinin hakimiyyətə gəlməsindən sonra inəklərə qarşı zərər verilməsinə qarşılıq olaraq qisas alınması cəhdlər artıb.