General Manvel Qriqoryanın bağ evinin anbarında “Əsgər payı” nişanı ilə konservlərin ortaya çıxmasından sonra Ermənistan müdafiə nazirliyi "Yerkrapah" təşkilatına təminatı dayandırıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan SQ arxa cəbhə təminatı ərzaq xidməti rəisi, polkovnik Ara Marqaryan bildirib.
O qeyd edib ki, onun rəhbərliyi dövründə 2016-cı ildən MTX-nin qalmaqallı açıqlamalarına qədər olan müddət ərzində "Yerkrapah" təşkilatına əşya və ərzaq təminatı həyata keçirilirdi. Təminatın həcmi barədə məlumat verməsə də, bu ərzaqların Qriqoryanın evində necə peyda olmasından təəccübləndiyini gizlətmirdi.
Hazırda ilkin araşdırma yekunlaşanadək "Yerkrapah" təşkilatına heç bir təminat həyata keçirilmir. Xidmət rəisi etiraf edərək, birliyə edilən təminatın bu həcmdə ola biləcəyinə inanmadığını, araşdırma nəticəsində bu qədər ərzağı haradan əldə etdiklərinin aydın olacağına ümid etdiyini bildirib.