Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyində ölkənin səfirləri ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Putin səfirlərə bundan sonrakı fəaliyyətlərindəki prioritetləri açıqlayıb.
O, diplomatlarının fəaliyyətinin əsas oriyentirinin sürətli daxili inkişaf üçün əlverişli xarici şərait yaradılması olduğunu deyib. O həmçinin görüş zamanı Rusiya üçün vacib beynəlxalq məsələlərə də toxunub.