ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir "O, hətta öz qızının belə, tənqidləriylə üzləşib" - FOTO

Dünya 14:37 22.07.2018

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə Helsinkidəki görüşünə görə ağır tənqidlərə məruz qalıb. Görüşü ABŞ diplomatiyası üçün məğlubiyyət sayan siyasi ekspertlər səfirin öz postunu tərk etməsi tələbini səsləndiriblər.

Maraqlıdır ki, Helsinki görüşü ilə bağlı mənfi fikirlərini dilə gətirənlərdən biri də onu öz doğma qızı, teleaparıcı Ebbi Hantsmandır.

İlk öncə qeyd olunmalıdır ki, Con Hantsman 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışır. Bundan daha öncə o, ölkəsini Sinqapurda (1992-1993) və Çində (2009-2011) təmsil edib. 

2005-2009-cu illərdə isə Con Hantsman Yuta ştatının qubernatoru olub. Con Hantsman 2012-ci ildə hətta prezidentliyə namizədliyini irəli sürüb. Daha sonra o, ilkin seçkilərdə öz namizədliyini Mitt Romninin xeyrinə geri çəkib.

Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, ABŞ-ın Rusiyadakı səfirliyində Hantsmanın bundan sonra vəzifəsində qalıb-qalmyacağı barədə birmənalı olaraq, "yox" və ya "hə" cavabını verməyiblər.

"Con Hantsman, şərəfin varsa, istefa ver", - siyasi analitik Con Uiver tvitterdəki hesabında səfirə səslənib. Bu satus ən az 10 mindən çox "bəyəndim" qeydinə, 2 mindən çox paylaşıma layiq görülüb.

con hantsman.jpg (83 KB)

Con Uiverin özünün Con Hantsmanla şəxsi tanışlığı var. Belə ki, Uiver səfirin 2012-ci ildə iştirak etdiyi seçkiqabağı kampaniyada onun qərargahının rəhbərlərindən biri və müşaviri olub.

Yazıda Con Hantsmanı ən çox Donald Trampın Putinlə birgə keçirdiyi mətbuat konfransında sərf etdyi sözlərin pis vəziyyətdə qoyduğu qeyd olunub. Belə ki, Tramp burada Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsinə şübhə ilə yanaşdığını bildirmişdi.

Bu isə Con Hantsmanın görüşdən qabaq söylədiklərinə tərs gəlib. Belə ki, Hantsman jurnalistlərə ABŞ prezidentinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, onun Rusiyanı törətdiyi əməllərə görə məsuliyyətə cəlb etmək yönündə fəaliyyətini davam etdirəcəyini söyləmişdi. 

Doğrudur, Trampın özü də Vaşinqtona qayıtdıqdan sonra öz fikirlərində məcburən düzəliş edərək kəşfiyyat orqanlarının Kremlin müdaxilələri ilə bağlı təsbitləri ilə razılaşdığını söyləyib. Lakin Trampın sözündən dönməsi ona qarşı inamsızlığı daha da artırıb.

 

ebbi hantsman.jpg (123 KB)

ABŞ prezidentinin sevimli telekanalı Fox News-da teleaparıcı olaraq çalışan səfir Con Hantsmanın qızı Ebbi Hantsman prezident haqqında sosial şəbəkələrdə ağır ifadələr işlədib. Ebbi Hantsman tvitter hesabında "hər hansı müzakirə və ya danışıqlar öz ölkə və xalqını qurban etməyə dəyməz", - deyə yazıb. 

Sammit bitdikdən sonra "Salt Lake Tribune" qəzetinin populyar yazarı Robert Gerki ABŞ səfirini istefaya çağırıb. Qeyd etmək lazımdır ki, qəzetin sahibi Con Hantsmanın doğmaca qardaşı Pol Hantsmandır.

"Sən artıq prezidentin deyil, başqalarının əlində piyadasan (şahmatdakı fiqur). Artıq evə dönmək vaxtıdır", - Gerki yazıb.

Yalnız bir gün sonra qəzet bəhs edilən yazının müəllifin şəxsi fikirlərini əks etdirdiyi barədə elan verməli olub.

Onu da qeyd etmək lazımdır ki, son yarım il ərzində Donald Trampın siyasəti ilə barışmaq istəməyən və buna görə vəzifələrindən istefa edən amerikalı diplomatların sayı artıb. 

Sonucu olaraq ABŞ-ın Estoniyadakı səfiri Ceyms Melvil öz postunu tərk edib. Melvili Donald Trampın ABŞ-ın Avropadakı müttəfiqləri barədə tənqidi fikirləri hiddətə gətiribmiş.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
Hamısı