Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Kremlin seçkilərə müdaxiləsi məsələsində qətiyyət göstərmədi.
Bu barədə Hillari Klinton danışıb.
Klinton Trampın “Rusiya seçkilərə müdaxilə etməyib” fikrinin həyəcan siqnalı verdiyini bildirib. O, Trampın nəyə görə ölkəsini müdafiə etmədiyinə təcəccübləndiyini qeyd edib.
“Putinlə Tramp arasındakı görüşün əsl nəticəsi böyük sirr olaraq qalır”, -Klinton qeyd edib.