Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener postundan istefa verib.
Türkiyə KİV-i xəbər verir ki, bu haqda partiyanın İdarə Heyətinin üzvü Fatih Eryılmaz Tvitter hesabında yazıb.
Məlumata görə, İYİ Partiya bir ay ərzində növbədənkənar qurultay keçirəcək. Meral Akşener yenidən partiya sədrliyinə namizəd olacaq.
Qeyd edək ki, Meral Akşener iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.