Naməlum silahlı şəxslər Türkiyədə ABŞ səfirliyinin binasını atəşə tutublar.
Eurasia Diary xəbər verir ki, bu haqda “CNN Türk” bildirib.
Silahlı hücum ötən gecə baş verib. Silahlılar hadisə yerindən qaçaraq gizləniblər.
Şahidlər silahlıların beş dəfə atəş açdığını bildiriblər. Hadisə nəticəsində zərərçəkən yoxdur. Polis şübhəlilərin axtarışlarına başlayıb.