"ABŞ-ın İsrail və Fələstin arasında bir sülh planı hazırladığını və ərəb ölkələrinin köməyi ilə fələstinlilərin haqsız güzəştlərə getməyə məcbur ediləcəyi haqda yayılan iddialardan xəbərimiz var"- bu sözləri İordaniya kralı II Abdullah deyib.
"Biz, İordaniya olaraq, Qüdsdəki qardaşlarımızın, fələstinlilərin taleyini düşünürük. Onların gələcəyi bizim üçün son dərəcə önəmlidir. Fələstinlilərin istəkləri yerinə yetirilməlidir. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır"-deyə, Kral bildirib.