Seneqal xalqı Türkiyəni ABŞ sanksiyaları qarşısında himayə məqsədi ilə, Amerikan mallardan istifadəni boykot edib və "ABŞ mallarına yox" kampaniyasına başlayıb. Seneqal xalqı Türkiyəyə dəstək olaraq Amerika mallarını boykot edib.
FransPress bildirir ki, Seneqal xalqı Türkiyəni ABŞ sanksiyaları qarşısında dəstəkləmək məqsədi ilə, Amerikan mallardan istifadəni boykot edib və "ABŞ mallarına yox!" kampaniyasına başlayıb.
Bu kampaniya Seneqalın bir çox şəhərlərində başladılıb və məqsəd Amerika istehsalı olan malların almamaqdır.
Seneqalda xalq və qeyri-hökumət qurumlar Türkiyə istehsalı olan malların siyahısını hazırlayaraq bundan sonra ABŞ mallarını Türkiyə malları ilə əvəz edəcəklərini qərara alıblar.