Türkiyə və İran arasında əməkdaşlıq keçmişdə olduğu kimi eynilə davam edəcək.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. O ABŞ-ın sanksiyalarına baxmayaraq Türkiyənin çıxış yolu tapacağını bildirib:
“Türkiyə xalqının problemlərin öhdəsindən gələcəyinə inanıram”.
Qasımi ölkəsinə qarşı sanksiyaların tətbiq edilməsi üçün ABŞ-ın yaratdığı İran İşçi qrupunun beynəlxalq qanunvericiliyə zidd olduğunu söyləyib:
“Bu addımlar psixoloji, iqtisadi müharibənin bir hissəsidir və nəticəsiz qalacaq”.