Rəsmi Ankara ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulmasını pisləyir.
"RİA Novosti" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
"ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Bu, açıq-aydın xaos yaratmaq cəhdidir. Türkiyə etibarlı ölkədir və bütün xarici missiyalar qanunla qorunur. İnsident araşdırılır, yaxın zamanda hər şeyə aydınlıq gələcək", - İ.Kalın "Twitter"də yazıb.
Daha əvvəl Ankara meriyasının verdiyi məlumata görə, hadisə yerli vaxtla 05:30-da baş verib. Atatürk bulvarından keçən ağ rəngli avtomobildən səfirliyə 6 atəş açılıb. Güllələr metal qapıya və diplomatik missiyanın mühafizəsi üçün nəzərdə tutulan məkanın şüşəsinə dəyib, heç kim xəsarət almayıb.