Vaşinqton və Seul arasında Cənubi Koreyada saxlanılan ABŞ hərbi qüvvələri üçün istifadə olunan xərclərin bölüşdürülməsi ilə bağlı danışıqların növbəti mərhələsi bu həftə keçiriləcək.
Xarici KİV xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Seul rəhbərliyi növbəti il üzrə müəyyən ediləcək hərbi büdcə ilə bağlı qərarın verilməsi üçün danışıqlarda yekun nəticənin ən qısa zamanda əldə edilməsində maraqlıdır.
Belə ki, tərəflər arasında danışıqların 6-cı mərhələsi kimi 22 avust tarixində baş tutacaq görüşdə Cənubi Koreya növbəti il üçün bu ölkədəki ABŞ hərbi bazalarına çəkiləcək xərclərlə bağlı öhdəliyinin müəyyən edilməsini planlaşdırır.