Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan beynəlxalq axtarışa verilib.
Bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.
Keçmiş nazir 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.
Xatırladaq ki o, iyul ayının əvvəllərində ölkədaxili axtarışa verilmişdi. (trend)