Putin Paşinyana razılıq verdi - O, vəzifədən gedir | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Putin Paşinyana razılıq verdi - O, vəzifədən gedir

Dünya A- A A+

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturov yaxın zamanlarda vəzifəsini tərk edəcək.

“Jamanak” qəzeti xəbər verir ki, artıq KTMT-nin bütün üzvləri Ermənistan rəhbərliyinin xahişi əsasında Xaçaturovun vəzifədən uzaqlaşdırılmasına izn veriblər.

Bununla belə, qəzet Xaçaturovun geri çağırılmasından sonra baş katiblik vəzifəsinin Ermənistan nümayəndəsinə verilməyəcəyini iddia edib. Bu vəzifəni Belarus nümayəndəsinin icra edəcəyi vurğulanıb.

Qeyd edək ki, Xaçaturov KTMT baş katibi vəzifəsini 2017-ci ilin 14 aprelindən icra edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...