Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya A- A A+

Eurasia Diary "TASS"a istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb, bu barədə Aİ Şurasının mətbuat xidməti cümə axşamı bildirib. Qeyd edək ki, sanksiyaların müddəti Sentyabrın 15-də bitəcəkdi.

"Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan əməllərinə görə  Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb", məlumatda deyilir.

Bəyanata görə, sanksiyalar 155 nəfər və 44 qurum üçün tətbiq edilir.

Qanunvericilik aktları Şura tərəfindən yazılı qaydada qəbul edilib və bu barədə məlumat 14 Sentyabr 2018-ci il tarixli Aİ-nin Rəsmi Jurnalında təqdim ediləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...