“Paşinyan Putinə söz verdi ki...” - Erməni politoloq | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


“Paşinyan Putinə söz verdi ki...” - Erməni politoloq

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinə söz verdi ki, Suriya ilə bağlı humanitar layihələrdə iştirak edəcək.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Qukasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Suriyaya hərbi birliklər göndərəcəyini Paşinyan da dolayı yolla istisna etməyib:

“Paşinyanın addımı Suriyada yaşayan ermənilərin və Rusiya baxımından Ermənistanın təhlükəsizlik maraqlarına cavab versə də, bu, NATO və Qərbin xoşuna gəlməyəcək. Hesab edirəm ki, Paşinyan hökuməti bu addımı atsa, Rusiyadan Ermənistana ünvanlanmış təhlükənin qarşısı alınacaq.

Putinin bu missiyası digər yandan da maraqlıdır, çünki Ermənistan əslində, Türkiyənin də iştirak etdiyi prosesə cəlb olunacaq. Rusiya çalışacaq ki, Ermənistan-Türkiyə əməkdaşlığı Suriyadan başlasın, burada barışsınlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...