Lavrov Rusiya-Almaniya münasibətlərinə izah gətirdi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Lavrov Rusiya-Almaniya münasibətlərinə izah gətirdi

Dünya A- A A+

Eurasia Diary, "TASS"a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya və Almaniya münasibətlərinə şərh bildirib. O söyləyir ki, iki ölkə arasında bəzi siyasi narazılıqlar mövcuddur lakin bu münasibətlərin çox gərgin vəziyyətdə olması demək deyil.

“Ortaq mədədniyyət, tarixi əlaqələr və iqtisadi münasibətlər iki ölkə əhalisini aydın gələcəyə inamını artırır”, - deyə Lavrov söyləyib.

“Hətta indiki vəziyyətdə belə bizim iqtisadi əlaqələrimiz inkişaf etməkdədir. Əsas məsələlər üzrə dialoqumuz davam edir. Bu bizim gələcək əlaqələrimizə müsbət təsir edəcək”, Lavrov əlavə edib.

“Mən iki ölkə arasında münasibətlərin il dönümü mərasiminin qeyd edilməsini Rusiya-Almaniya münasibətlərinin səviyyəsinin əsas göstəricilərindən biri kimi hesab edirəm”, - deyə o bildirib. Qeyd edək ki, sabah Lavrov bu mərasimlə bağlı Berlinə səfər edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...