Amerikanın 20 trilyon borcu ABŞ dollarını riskli valyuta edir - Putin | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Amerikanın 20 trilyon borcu ABŞ dollarını riskli valyuta edir - Putin

Dünya A- A A+

Eurasia Diary "RT"yə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib ki, ölkələr arasında beynəlxalq ticarətdə dollarların payını azatmaq qlobal bir tendensiyaya çevrilir.

"İkitərəfli ticarətdə milli valyutalardan istifadə maliyyə davamlılığını təmin etmək üçün düzgün seçimdir. Biz tədricən bu prosesi həyata keçirəcəyik ", Putin söyləyib.

Milli valyutalardan istifadəyə keçiddə müəyyən risklər mövcuddur, lakin bunlar azaldılacaq. “Risklər hər yerdə var və onları azaltmaq lazımdır və onları minimuma endirmək üçün diversifikasiya vacibdir", - deyə Rusiya prezidenti bildirib.

Putinin sözlərinə görə, ABŞ dolları da riskli maliyyə vasitəsidir. "ABŞ xarici borcları 20 trilyon dollar təşkil edir. Sonra nə olacaq? Kim bilir?".

Qeyd edək ki, Rusiya dollar ehtiyatını azaldaraq qızıl ehtiyatını artır. Rusiyanın qızıl ehtiyatı son iyirmi ildə maksimuma çataraq 2,200 ton təşkil edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...