Eurasia diary xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. Ərdoğan Nazarbayevi Ankaradakı prezident iqamətgahının önündə qarşılayıb. Türkiyə mətbuatında yer alan xəbərlərə görə liderlər birgə mətbuat konfransı keçirəcək.