Rus bombardmançıları Alyaska üzərində ələ keçirildi | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Rus bombardmançıları Alyaska üzərində ələ keçirildi

Dünya A- A A+

Amerikalı döyüşçülər Alyaska yaxınlığında iki rus bombardmançısını ələ keçirib. Bu barədə Şimali Amerika Hava və Kosmik Müdafiə Komandanlığının Twitter hesabında bildirilib.

11 sentyabrda ABŞ və Kanadanın aerokosmik müdafiə qüvvələri Alyaskanın materik hissəsindən qərbdə Su-35 qırıcılarının  müşayət etdiyi iki rus Tu-95 bombardmançısını tutub.

Komandanlığın sözlərinə görə, bütün bu müddət ərzində Rusiya təyyarələri ABŞ və ya Kanada sərhədlərini pozmadan beynəlxalq hava məkanında olublar. Bombardmançılar ABŞ hava məkanını müəyyənləşdirmə zonasının Alyaska sahilindən 320 kilometr aralıdan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...