Eurasia Diary xəbər verir ki, bu gün rus eks-kəşfiyyatçısı Sergey Skripalın ölümündə şübhəli bilinən iki şəxs Ruslan Bəşirov və Aleksandr Petrov “RT” kanalına müsahibə verib.
“Biz ümid edirik ki, əsl cinayətkarlar tapılacaq və bizdən üzr istəniləcək”, - deyə şübhəlilər söyləyib.
Jurnalist: “Kim sizdən üzr istəməlidir? Cinayətkarlar?”
Şübhəlilər: “Britaniya höküməti”
- “Siz Salisburidə nə edirdiniz?”
- “Bizim dostumuz bu əsrarəngiz şəhəri ziyarət etməyi tövsiyə etmişdi. Burda məhşur Salisburi kilsəsi var, o bütün Avropada məhşurdur”
-“Şəkildəkilər sizsiniz?”
-“Bəli bizik”
Hər iki şəxs Salisburidə Stonehenge və Kilsəni görməyə gəlmişdilər. Bu şəkil 3 Mart 14:25-də Salisburidə çəkilib. Nəzərinizə çatdıraq ki, onlar 3 Mart 11:15-də Vaterlo stansiyasından qatarla Salisburiyə gəlib.
Qeyd edək ki, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin bu şəxslərin cinayətkar olmadığını və sadə vətəndaş oduğunu bildirmişdi. Daha sonra, Putin onların mətbuata danışaraq əsl kimliklərini söyləmələrini ümid edirdi.