Ermənistanda "Şant-2018" təlimlərinin nəticələri - Ermənistan MN-dən açıqlama | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Ermənistanda "Şant-2018" təlimlərinin nəticələri - Ermənistan MN-dən açıqlama

Dünya A- A A+

Ermənistanda keçirilən “Şant-2018”  təlimi Azərbaycanla müharibə şəraitində dövlət qurumlarının sınağını ehtiva edir. Ermənistan Müdafiə Nazirinin müavini general-mayor Tiran Xaçatryan 3 günlük təlimlərin yüksək səviyyədə keçirildiyini bildirib. Bu barədə Eurasia Diary "Armenpress"ə istinadla xəbər verir.

Qeyd edək ki, təlimlər müharibə zamanı nazirliklərin və digər dövlət qurumlarının birgə fəaliyyətini əhatə edir.

Bir çox nazirliklər bu təlimlərdə iştirak edib. Misal üçün, Fövqəladə Hallar Nazirliyi hava hücumları ssenarisini tətbiq edib. Belə ki, bir neçə hava qırıcılarının hücumu və həyəcan siqnalı təlimləri aparılıb. Nazirlik elektron xəbərdarlıq sistemi və mobil rabitə operatorları tərəfindən əhaliyə həyəcan siqnalı xəbərdarlığı simulyasiyasını həyata keçirib.

Mədəniyyət Nazirliyi İrəvan Milli Qalereyasından qiymətli ekspanatları evakuasiya məşqi edib. Ssenari çərçivəsində nazirlik nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları nazirliyi ilə birgə təlimlər keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...