İran Fransaya sərt açıqlama verdi | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


İran Fransaya sərt açıqlama verdi

Dünya A- A A+

İran Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Bəhram Qasimi: “heç bir ölkə milli təhlükəsizliyinə, ərazi bütövlüyünə, xalqına və torpaqlarına qarşı təcavüzün qarşısında səssiz qalmır” deyə şərh bildirib. Bu barədə Eurasia Diary "Mehr News"a istinadla xəbər verir.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi Şimali İraqdakı terroristlərə qarşı İran İslam Respublikasının hərəkətlərinə dair narahatlıqlarını ifadə etmişdir. Onların bu şərhinə Qasemi cavab vermişdir.

Qasemi bu cür bəyanatları rədd edərək: “İran İslam Respublikası daha əvvəl İraq hökumətini və İraq Kürdüstan rəhbərliyini İran raketləri tərəfindən hədəfə alınan terror qruplarının hərəkətləri və təxribatları barədə xəbərdar etmişdi”.

"Bu terror qrupu yaxın zamanda 11 İran vətəndaşını qətlə yetirdi və İran xalqı hökumətlərindən bu hadisələrin baş verməməsi üçün onları cəzalandırmaq və həlledici tədbirlər görməyi gözləyirdi".

İran bir neçə dəfə açıq şəkildə xəbərdarlıq edib ki, terrorizmə və onun sərhədləri boyunca şiddətin bütün formalarda yayılmasına qarşı təkidlə mübarizə aparacaq.

Qasemi Fransız hökumətini İraq ərazisindən təşkil edilmiş İranın təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı terrorist hücumlarına görə susduraraq, Parisə bu mövzuda realist yanaşmaları qəbul etməyə çağırıb

O, terrorizmin hər hansı bir formasını dünyanın hər bir yerində siyasi müzakirə olmadan qınanılmasını və ikili standartların rədd edilməsini vurğuladı.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...